Qətər İrana qarşı çıxdı: “Hörmüz boğazı danışıq aləti deyil!”
Qətər İranın Səudiyyə Ərəbistanının tankerinə hücumunu pisləyib, Hörmüz boğazının “danışıq aləti” kimi istifadəsini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Qətər Hörmüz boğazının danışıq aləti kimi istifadəsini qəti şəkildə rədd etdiyini bir daha vurğulayır və bununla əlaqədar olaraq boğazın heç bir şərt olmadan yenidən açılmasına çağırır.
Bəyanatda İranın “qardaş ölkələrin əmlakına əsassız hücumlarının” dayandırılmasının zəruriliyi vurğulanıb və Səudiyyə Ərəbistanı ilə tam həmrəylik ifadə edilib.
Qeyd edək ki, Hörmüz boğazından keçən tankerə hücum nəticəsində iki nəfər həlak olub.
Aysel Mətləb