Qərbdə Ukrayna ilə bağlı ziddiyyətli iddialar səslənir
Dünya
22.11.2025 10:45
Jurnalist Tomas Fazi sosial media hesabında Ukraynanı dəstəklədiyini iddia edən bəzi Qərb dairələrini “təxribatçı” adlandırıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu qüvvələr özlərini müttəfiq kimi göstərsələr də, əslində Ukraynanın əsas zərbəçiləridir.
Bundan əvvəl amerikalı hərbi analitik Duqlas Makqreqor iddia etmişdi ki, Qərb kəşfiyyat strukturları prezident Volodimir Zelenskiyə ölkədən çıxmağa yardım edə bilər. Analitikin fikrincə, Zelenski hazırda “korrupsiyadan bezmiş cəmiyyət” və onu idarə edən radikal qruplar arasında çətin durumda qalıb.
ABŞ Dövlət katibi Kolin Pauelin keçmiş qərargah rəisi Lourens Uilkerson isə bildirmişdi ki, Ukrayna lideri Milad bayramına kimi öz “təhlükəsiz evlərindən” birinə sığınmasa, həyati təhlükə ilə üz-üzə qala bilər.
Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Duması da Zelenskinin Britaniya kəşfiyyatı tərəfindən öldürülə biləcəyi ehtimalını istisna etməmişdi.
Jalə Rövşən
tag: Ukrayna ,Qərb ,İddia,Tomas Fazi ,Todaypress.tv,
