İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı
ABŞ və Qərb Ermənistanla əməkdaşlıqda əsasən ölkənin nadir torpaq və strateji resurslarına maraq göstərir.
TodayPress TV xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Qərb Ermənistanla bərabərhüquqlu tərəfdaşlıq deyil, resurs yönümlü siyasət aparır.
Zaxarova Rusiyanın isə digər ölkələrin sərvətlərini mənimsəmək yox, qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlıq modeli təklif etdiyini vurğulayıb.
Sözçü Ermənistanla ABŞ arasında imzalanan bəzi sənədlərin real nəticə vermədiyini də qeyd edib.
Qeyd edək ki, Ermənistan Qərblə münasibətlərini genişləndirməyə çalışır, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı gücləndirir. Bununla yanaşı, İrəvan Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atsa da, hələ də Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqı-nın üzvüdür. Ermənistanın həm Qərbə yaxınlaşması, həm də Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü davam etdirməsi Moskva ilə münasibətlərdə problem olaraq qalır.
Jalə Rövşən