Qazaxıstanın qızıl ehtiyatları artdı
Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb.
TodayPress TV xəbər verir ki, bunu hökumət iclasında sənaye və tikinti nazirinin müavini İran Şarhan bildirib.
O qeyd edib ki, ölkə üzrə 103 növ faydalı qazıntı və təxminən 10 min yataq dövlət uçotunda yer alır. Hazırda bərk faydalı qazıntılar üzrə 2900-dən çox lisenziya və 250 kontrakt qüvvədədir.
Şarhan həmçinin geoloji və geofiziki kəşfiyyat işlərinin 2,2 milyon kvadrat kilometrə qədər genişləndirildiyini, indiyə kimi isə təxminən 2 milyon kvadrat kilometr ərazidə tədqiqat aparıldığını vurğulayıb.
Jalə Rövşən