Qazaxıstan Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilədə iştirakını dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə hökumət saytında məlumat verilib.
Bildirilib ki, o ölkəsinin müqavilədə iştirakını dayandırması ilə bağlı fərman imzalayıb.
Qeyd edək ki, "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı il noyabrın 19-da Parisdə imzalanıb. Sənəd 1992-ci il noyabrın 9-da qüvvəyə minib.
Aysel Mətləb