Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı
Türkiyənin Giresun vilayətində güclü yağışlardan sonra Qara dənizin sahili qəhvəyi rəngə boyanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.
Məlumata görə, rəng dəyişikliyi dənizin sahilboyu ərazilərində, çaylardan gələn yağış sularının dənizə töküldüyü yerlərdə baş verib. Suyun rənginin dəyişməsi xüsusilə Qara dənizə tökülən Aksu və Batlama çaylarının mənsəbində müşahidə olunub.
Aysel Mətləb