Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq

Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq
09.07.2026 13:32 Dünya

İran Məclis Sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin təhdidlərinə qarşı sərt bəyanat yayıb.

TodsayPress TV xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

O, Vaşinqtonun basqı siyasətinin qarşılıqsız qalmayacağını bildirib.

"ABŞ hələ də zorakılığın və verdiyi sözləri pozmağın artıq bədəlsiz olmadığını öyrənə bilməyib. Açıq söyləyirəm; siz vursanız, vurulacaqsınız. Boşuna çırpınmayın, əksinə daha da dərinə batarsınız",- Qalibaf  deyib. 

Strateji dəniz yoluna nəzarətə toxunan spiker, "HÖrmüz Boğazı ancaq İranın təyin edəcəyi şərtlərlə açılır, ABŞ-nin təhdidləri ilə deyil" deyərək Tehranın geri addım atmayacağını vurğulayıb.

Jalə Rövşən 
XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər