Qaçırıldığı deyilən təyyarə ilə bağlı - Şok fakt
Dubaydan Təl-Əvivə reys həyata keçirən "Flydubai" təyyarəsinin pilotları Rusiya və Ukrayna əsillidirlər.
TodayPress TV xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.
Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanında təcili eniş edib.
Kabinədəki davadan sonra onları hava gəmisindən çıxarıblar.
Təyyarənin ehtimal edilən ələ keçirilməsi barədə məlumatlardan sonra qərargah rəisi Hərbi Hava Qüvvələri komandanının, əməliyyat idarəsi rəhbərinin, hərbi kəşfiyyat rəhbərinin və digər komandirlərin iştirakı ilə vəziyyətin qiymətləndirilməsini aparıb.
Öz növbəsində "FlyDubai" aviaşirkətindən bildirilib ki, kabinədə dava salan pilotların bu cür davranışına təəccübləniblər. Aviaşirkət 174 sərnişini götürmək və onların İsrailə yollanması üçün Dubaydan Səudiyyə Ərəbistanına daha bir təyyarə göndərəcək.
Məlumatlara görə, pilotlardan biri Rusiya (ekipaj komandiri), digəri isə Ukrayna əsillidir (ikinci pilot).
Pilotlar elə uçuş zamanı əlbəyaxa olublar və onlardan biri huşunu itirib, bundan sonra isə təhlükəsizlik kodu işə salınıb.