Putinlə Tramp arasında telefon danışığı ola bilər

Dünya

11.11.2025 13:52

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Lideri Donald Tramp arasında telefon danışığının yaxın vaxtlarda baş tutması mümkündür.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vaşinqtonda nüvə sınaqları ilə bağlı keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra Putin belə bir danışıq tələb etməyib və Rusiya hələlik ABŞ-dən Trampın nüvə sınaqları ilə bağlı açıqlamalarına dair izahat almayıb.

Peskov, həmçinin ABŞ-də keçirilən Tramp–Tokayev görüşünə münasibət bildirərək deyib ki, əgər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev danışıqların məzmununu açıqlamaq istəsə, Rusiya bunu öyrənməkdə maraqlı olacaq.

Jalə Rövşən

TodayPress TV


tag: Vladimir Putin ,Donald Tramp ,Telefon danışığı ,Dmitri Peskov ,Todaypress.tv,