Putinin şərti açıqlandı - Ukrayna müharibəsi bir gündə bitə bilər

Putinin şərti açıqlandı - Ukrayna müharibəsi bir gündə bitə bilər
25.07.2026 22:02 Dünya

Kreml Tokayevin Ukrayna münaqişəsinin “dondurulması” ilə bağlı təklifinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səsləndirdiyi təklifin Kiyevin mövqeyi nəzərə alınmaqla mümkün olmadığını bildirib.

Peskovun sözlərinə görə, Rusiya üçün əsas şərt qarşıya qoyduğu məqsədlərə nail olmaqdır. O qeyd edib ki, Kiyev hakimiyyəti müvafiq qərarlar qəbul edərsə, münaqişə “bu gün, günün sonuna qədər” dayandırıla bilər.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Tokayevə Ukraynadakı müharibənin gedişi barədə ətraflı məlumat verib.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər