Putin yeni dil qanununun hazırlanmasını sürətləndirməyi tapşırdı

Putin yeni dil qanununun hazırlanmasını sürətləndirməyi tapşırdı
05.06.2025 19:00 Dünya

Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan xalqların dilləri ilə bağlı yeni qanun layihəsinin hazırlanmasının yubadılmamasını tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Bu çağırışı Putin rus dili və Rusiya xalqlarının dillərinin dəstəklənməsi üzrə Dövlət Siyasətinin həyata keçirilməsi Şurasının iclasında səsləndirib.

“Əziz həmkarlar, əvvəlki iclasda biz dil siyasətinin hüquqi təminatı məsələsini müzakirə etmişdik”, – deyə dövlət başçısı bildirib.

O xatırladıb ki, həmin iclasda Rusiya Federasiyasında yaşayan xalqların dillərini və onların rəsmi dövlət reyestrini əhatə edən yeni qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq verilib.

“Bu işin gecikdirilməməsini xahiş edirəm”, – deyə Putin vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər