Putin Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Putin Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə etdi
15.11.2025 23:40 Dünya

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaxın Şərq regionundakı vəziyyət, o cümlədən Qəzza zolağında atəşkəsin həyata keçirilməsi və saxlanılan şəxslərin mübadiləsi kontekstində vəziyyətin inkişafı, İranın nüvə proqramı ətrafındakı durum və Suriyada sabitliyin daha da möhkəmləndirilməsinə yardım məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb", – məlumatda qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər