Putin Myanmalı həmkarı ilə görüşdü

Putin Myanmalı həmkarı ilə görüşdü
18.08.2026 17:12 Dünya

Rusiya Prezidenti Vladimir Putin ilə Myanma lideri Min Aunq Hlainq arasında Moskvada danışıqlar başlayıb.

TodayPress TV xəbər verir ki, Kremlin məlumatına görə, Putin Myanma liderini yenidən Moskvada görməkdən məmnun olduğunu bildirib.

Görüşdə Rusiya və Myanma arasında ikitərəfli münasibətlər, xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.

Putin həmçinin iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Rusiya lideri bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəminin olduğunu qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər