Putin Çinə və Nepala başsağlığı verdi
Rusiya Prezidenti Vladimir Putin Çinin Tibet Muxtar Bölgəsində baş verən güclü torpaq sürüşmələri ilə bağlı Çin lideri Si Cinpinə başsağlığı verib.
TodayPress TV xəbər verir ki, Putin faciə nəticəsində yaxınlarını itirənlərə səbr, yaralananlara isə tezliklə sağalmalarını arzulayıb.
Rusiya prezidenti Nepal hakimiyyətinə də ölkədə insan tələfatına səbəb olan daşqınlarla əlaqədar başsağlığı verib. Çin və Nepalın sərhəd bölgəsində baş verən təbii fəlakətlər ciddi dağıntılara səbəb olub.
Bu arada Rusiyanın Çindəki səfirliyi Tibet Muxtar Bölgəsinin Giyirong qraflığında iki Rusiya vətəndaşının itkin düşdüyünü açıqlayıb.
Hadisə ilə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.
Türkan İsgəndərli
TodayPress TV