Professor: "Aİ silahlanır, amma ruhunu itirir"

Professor: "Aİ silahlanır, amma ruhunu itirir"
05.06.2025 18:50 Dünya

"Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurma və silahlanma yarışına girməsi qurumun təməl prinsiplərini sarsıdır!".

TodayPress TV xəbər verir ki, bu barədə konstitusiya hüququ üzrə professor Daniele Trabucco “L’Antidiplomatico” portalında dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Aİ müharibədən imtina prinsipi üzərində qurulub və bu, onun mövcudluq fəlsəfəsinin əsasını təşkil edir. Lakin indi İttifaq bu dəyərlərdən uzaqlaşaraq güc məntiqinə tabe olur və beləliklə, hüquqi və konstitusion xarakterini itirir.

“Silahlanma yarışı gücün deyil, siyasi layihənin zəiflədiyinin göstəricisidir. Avropa ideyası öz mövcudluq anlamını itirir”, – deyə Trabucco vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər