Polşada “qonaqpərvərlik limiti” doldu - Ukraynalı qaçqınlarla bağlı SORĞU
Polşada keçirilən ictimai rəy sorğusu göstərib ki, ölkə vətəndaşlarının əksəriyyəti artıq ukraynalı qaçqınların qəbulunun əleyhinədir.
TodayPress TV xəbər verir ki, bu barədə RMF24 CBOS-un keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 52 faizi Polşanın ukraynalı qaçqınları qəbul etməməli olduğunu düşünür. Əks mövqedə olanların payı isə 42 faiz təşkil edib.
Bundan əlavə, iştirakçıların 54 faizi ukraynalı qaçqınlara göstərilən dövlət yardımını həddindən artıq hesab etdiyini bildirib.
Kübra Musayeva