Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı
07.09.2025 00:00 Dünya

Rəsmi Varşava Belarus ərazisində olan Polşa vətəndaşlarını "istənilən vasitə ilə" mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

"Bu xəbərdarlıqlara mümkün qədər ciddi yanaşın" , - deyə Polşa XİN-in sözçüsü Pavel Vronski deyib.

Xatırladaq ki, bir gün əvvəl Polşa XİN ölkə vətəndaşlarına Belarusa getməməyi tövsiyə etmişdi. Bu bəyanat Polşa vətəndaşının Belarusda casusluqda şübhəli bilinərək saxlanılmasından sonra verilmişdi.

Belarus tərəfinin məlumatına əsasən, o, qarşıdan gələn "Qərb-2025" Belarus-Rusiya təlimləri haqqında məlumat toplayırmış.

"Biz saxlanılan şəxsə öz missiyamız çərçivəsində diplomatik və hüquqi dəstək göstərəcəyik. Bu təxribatın məqsədi Polşa və Ukraynada vəziyyətin sabitliyini pozmaqdır" , - deyə Vronski vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər