Polşa 300 minlik ehtiyat hərbi qüvvə formalaşdıracaq
Dünya
10.02.2026 19:15
Polşa Müdafiə Nazirliyi yüksək hazırlıqlı ehtiyatda olan hərbçilərdən ibarət genişmiqyaslı hərbi qüvvənin yaradılmasına başlayır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
Nazirin sözlərinə görə, peşəkar ordu və ərazi müdafiə qüvvələri ilə birlikdə Polşanın ümumi hərbi potensialı 500 min əsgərə çatdırılacaq. Plan çərçivəsində 300 minə qədər ehtiyatda olan hərbçi hazırlanacaq.
Bildirilib ki, ehtiyat qüvvələr üçün təlim proqramı bu ilin mart ayında başlayacaq. Nazir qeyd edib ki, bu qərar demoqrafik dəyişikliklərlə bağlıdır və gələcəkdə orduda şəxsi heyətin azalması riski nəzərə alınır.
Ehtiyat qüvvələr mülki şəxslərdən könüllü əsaslarla cəlb olunacaq, konkret hərbi hissələrə təhkim ediləcək və müntəzəm təlimlərdə iştirak edəcəklər. Qeyd olunub ki, həm kişilər, həm də qadınlar bərabər şərtlərlə ehtiyat xidmətinə qoşula bilərlər.
Hazırda Polşa Silahlı Qüvvələrində 162 min peşəkar əsgər daxil olmaqla 216 mindən çox hərbi qulluqçu var.
Türkan İsgəndərli
tag: Hərbçi,Hazırlıq,Polşa,Qüvvə,Todaypress.tv,
