PKK Əz-Zab rayonundan qüvvələrini geri çəkdi

PKK Əz-Zab rayonundan qüvvələrini geri çəkdi
17.11.2025 18:45 Dünya

PKK terror təşkilatı İraqın şimalındakı Kərkük vilayətinə bağlı Əz-Zab rayonundan qüvvələrini geri çəkdiyini açıqlayıb.

TodayPress TV "Rudaw"a istinadən xəbər verir ki, PKK-nın birləşmələri noyabrın 16-da axşam saatlarında mümkün toqquşma riski olan Əz-Zab ərazisini tərk edərək digər bölgələrə yerləşib.

Məlumata əsasən, bu addım bölgədə gərginlik ehtimalını aradan qaldırıb və geri çəkilmə sülh prosesinə əhəmiyyətli praktiki töhfə kimi qiymətləndirilir.

Qeyd edək ki, PKK oktyabrın sonunda öz qüvvələrini Türkiyə ərazisindən tam çıxardığını da bəyan etmişdi.

Jalə Rövşən

TodayPress TV



XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər