Pezeşkian ABŞ-nin vədlərinə inanmır
Dünya
28.03.2026 20:40
İran Prezidenti Məsud Pezeşkianın Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı baş tutub.
TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, o, telefon danışığından sonra bildirib:
“İran nüvə müzakirələri zamanı dialoq və diplomatiya mühitində iki dəfə hərbi hücuma məruz qalıb və indi də amerikalı rəsmilərin iqtisadi və enerji infrastrukturuna hücum etməyəcəklərinə dair iddia, vədlərinə baxmayaraq, bu mərkəzlər hədəf alınır. Bu ziddiyyətli söz və davranış İranın Amerikaya olan inamsızlığının daha da artmasına yol açıb”.
Pakistanın Baş naziri Şərif isə İrana qarşı hərbi hücumları və xüsusilə ölkənin iqtisadi infrastrukturuna yönəlmiş zərbələri kəskin şəkildə qınadıqlarını vurğulayaraq, rəsmi Tehranla tam həmrəylik içində olduğunu bildirib.
Qeyd edək ki, telefon danışığı bir saatdan çox davam edib.
tag: İran, Pezeşkian, Tehran,ABŞ, todaypress.tv,
