Peskov: Putin Moskvada Trampla görüşməyə hazırdır
"Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa dəvəti qüvvədədir və növbəti görüşün təşkili Amerikanın qərarına bağlıdır"
TodayPress TV "TASS" a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin Trampla görüşməyə hazırdır və buna görə məmnundur. Hər şey Trampın qərarından asılıdır", – deyə Peskov əlavə edib.
Qeyd edək ki, avqust ayında Ankoricdə keçirilən danışıqlardan sonra Putin növbəti görüşün Moskvada olmasını təklif etmişdi. Amerika lideri bunu mümkün hesab etsə də, tənqid oluna biləcəyini vurğulamışdı.
Jalə Rövşən