Peskov imtina etmişdi, səfir açıqladı: Rusiya və Ukrayna Serbiya masasında görüşəcək?

Peskov imtina etmişdi, səfir açıqladı: Rusiya və Ukrayna Serbiya masasında görüşəcək?
28.08.2026 13:14 Dünya

Serbiya Ukrayna üzrə danışıqlar üçün platformaya ehtiyac yaranarsa, onu təqdim etməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bunu Serbiyanın Ukraynadakı səfiri Andon Sapunji “Apostrof” nəşrinə müsahibəsində deyib.

“Serbiya Ukrayna və Rusiya iştirakımızı faydalı hesab edərsə, sülhün bərqərar olmasına real töhfə verə biləcək hər şeyi etməyə hazırdır. Dialoq və ya danışıqlar üçün platformaya ehtiyac yaranarsa, Serbiya bunu təklif etməyə hazırdır. Hesab edirəm ki, bəzən birbaşa dialoq üçün əlavə platformanın mövcudluğu faydalı ola bilər”, – deyə o bildirib.

Bununla yanaşı, səfir Belqradın sülh prosesindəki rolunu “həddindən artıq qiymətləndirmək” istəmədiyini və “danışıqların başlanması, onların formatı və şərtləri” barədə qərarı münaqişə tərəflərinin verməli olduğunu vurğulayıb. O qeyd edib ki, Serbiya qarşıdurmanın tərəfi deyil, “nə Ukraynaya, nə də Rusiyaya təzyiq göstərir” və onlara “heç bir qərarı qəbul etdirməyə” çalışmır.

2025-ci ilin fevralında Serbiyanın xarici işlər naziri Marko Curiç də ölkəsinin Ukrayna böhranının nizamlanması üzrə danışıqlar üçün nümayəndə heyətlərinə ev sahibliyi edə biləcəyini bildirmişdi.

2026-cı ilin iyulunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Serbiyanın Ukraynadakı münaqişənin nizamlanması üzrə “indiyədək heç bir vasitəçilik səylərinə aidiyyəti olmadığını” demişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər