Pentaqondan Azərbaycan AÇIQLAMASI: "Bakını geostrateji tərəfdaş hesab edirik"

Pentaqondan Azərbaycan AÇIQLAMASI: "Bakını geostrateji tərəfdaş hesab edirik"
30.05.2026 12:39 Dünya

ABŞ Müdafiə Nazirliyinin rəsmisi, müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis bildirib ki, ABŞ Azərbaycanı geostrateji tərəfdaş kimi qiymətləndirir.

TodayPress TV xəbər verir ki, o, Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda çıxışı zamanı ölkənin mürəkkəb geosiyasi bölgədə yerləşdiyini və həm Türkiyə, həm də İsraillə sıx əlaqələrə malik olduğunu vurğulayıb.

Lumisin sözlərinə görə, məhz bu amillər ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığın inkişafına zəmin yaradıb. O qeyd edib ki, müdafiə sahəsində əməkdaşlıq yeni deyil və uzun illərə söykənən münasibətlərə əsaslanır.

Pentaqon rəsmisi Azərbaycanın 20 ildən artıq müddətdə ABŞ ilə təhlükəsizlik və beynəlxalq əməliyyatlar sahəsində əməkdaşlıq etdiyini, o cümlədən Əfqanıstan missiyasında iştirakını xüsusi qeyd edib.

Lumis həmçinin bildirib ki, hərbi təlimlər, peşəkar hazırlıq proqramları və hərbçilər arasında formalaşan əlaqələr iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, ABŞ bu əməkdaşlığın və dostluğun gələcəkdə də inkişaf edəcəyinə inanır. 

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər