Paşinyan və Makron arasında TƏCİLİ ZƏNG - Azərbaycan məsələsi də müzakirə olundu
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq gündəliyində yer alan məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı hazırlıqlarını təsdiqləyiblər.
Telefon danışığı zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi prosesi, eləcə də regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunub. Həmsöhbətlər Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.
Kübra Musayeva