Paşinyan Qazaxıstana səfər edəcək

Paşinyan Qazaxıstana səfər edəcək
17.11.2025 21:15 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya dövlət səfəri edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

Səfər proqramına iki ölkənin nümayəndə heyətlərinin danışıqları daxildir.

Görüşlər zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq. 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər