Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub?
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə Yekaterinburqda keçirdiyi görüşün uğurlu olduğunu və tərəflər arasında bir sıra razılaşmaların əldə edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Paşinyan görüş zamanı əsas müzakirə mövzularından birinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı məsələlər olduğunu bildirib.
“Rusiya ilə həmkarımla açıq, səmimi və dostluq şəraitində müzakirələr apardıq. Bir sıra razılaşmalar əldə etdik. Lakin onların icrasını gözlədiyim üçün hələlik təfərrüatları açıqlamaq istəmirəm”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Nicat Osmanlı