Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək"

Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək"
18.08.2026 16:26 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ nümayəndəsi Abraham Hamadeh ilə görüşündə iki ölkə arasında siyasi, iqtisadi və texnoloji əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Mılumata görə, Paşinyan Ermənistan-ABŞ münasibətlərinin son dövrdə dinamik inkişaf etdiyini bildirib və ikitərəfli əməkdaşlıq gündəliyinin davamlı şəkildə irəli aparılmasının vacibliyini vurğulayıb.

Görüşdə regional proseslər, həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər