Parisdə Qərbin Ukraynaya silah tədarükünə etiraz aksiyası keçirildi

Parisdə Qərbin Ukraynaya silah tədarükünə etiraz aksiyası keçirildi
29.06.2025 20:30 Dünya

Fransanın paytaxtı Parisdə Qərb ölkələrinin Ukraynaya silah tədarükünə etiraz olaraq kütləvi aksiya təşkil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Bildirilir ki, 29 iyunda yüzlərlə insan Luvr muzeyinin qarşısındakı Pali-Royal meydanında toplaşıb. Etiraz aksiyası “Vətənpərvərlər” partiyasının qurucusu Floryan Filipponun çağırışı ilə keçirilib. Aksiyada iştirak edənlər Fransa prezidenti Emmanuel Makrona qarşı şüarlar səsləndiriblər.

Etirazın sonunda Filippo NATO bayrağını simvolik şəkildə cıraraq silahlanmaya yox, sülhə çağırış edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər