Papa Leo ukraynalı uşaqlarla görüşdü

Papa Leo ukraynalı uşaqlarla görüşdü
04.07.2025 15:00 Dünya

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Yay Mərkəzinin iştirakçıları və 300-dək ukraynalı uşaqla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüşdə Roma Papası uşaqlara sülh və dostluq qurucuları olmağı, nifrət və paxıllığı təbliğ etməməyi tövsiyə edib. Papa Leo uşaqlara xeyir-dua verib, onlarla söhbət edib və suallarını cavablandırıb.Uşaqlar Roma Papasına çəkdikləri rəsmləri təqdim ediblər, onunla birgə foto çəkdiriblər.

FOTOLAR

Papa Leo ukraynalı uşaqlarla görüşdü — 1
Papa Leo ukraynalı uşaqlarla görüşdü — 2
XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər