Pakistanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verdi

Pakistanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verdi
11.11.2025 20:32 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Gürcüstanda Türkiyəyə məxsus C-130 təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir", - paylaşımda bildirilib.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər