Pakistandan azad olunan əfqan vətəndaşları vətənə qayıtdı

Pakistandan azad olunan əfqan vətəndaşları vətənə qayıtdı
29.06.2025 20:15 Dünya

Pakistanda həbsdən azad edilən 25 nəfər əfqan vətəndaşı ölkəyə geri dönüb.

TodayPress TV xəbər verir ki, bu barədə Əfqanıstanın dövlət radiosu və televiziyası məlumat yayıb.

Qeyd olunur ki, sərhəd-keçid məntəqəsində qeydiyyatdan keçirilən şəxslərə hökumət tərəfindən yardım göstərilib və daha sonra onlar öz doğma vilayətlərinə göndəriliblər.

Pakistan yanvar ayından bəri yüzlərlə əfqanın həbsdən azad olunduğunu açıqlayıb və sənədsiz yaşayan əfqanların ölkəni tərk etməsini tələb edir.

Əfqan rəsmilərinin bildirdiyinə görə, son həftələrdə Pakistan və İrandan Əfqanıstana qayıdan qaçqınların sayı kəskin artıb – hazırda təkcə İrandan gündəlik 10 minlə 30 min arasında əfqan geri dönür.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər