Pakistanda yeddi rayonda poliovirus aşkarlandı

Pakistanda yeddi rayonda poliovirus aşkarlandı
21.06.2025 14:18 Dünya

Pakistanda vəhşi tipli 1-ci dərəcəli poliovirus (WPV1) yeddi rayonda ətraf mühitdən götürülmüş nümunələrdə aşkarlanıb.

TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İnstitutu (NIH) yayımladığı hesabatda bildirib.

İslamabaddakı Poliomyelitlə Mübarizə üzrə Regional İstinad Laboratoriyasının məlumatına görə, virusun izləri 8–23 may tarixlərində toplanan kanalizasiya nümunələrində müəyyən edilib.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, 2025-ci ildə ölkədə poliovirusla bağlı artıq 12 yoluxma halı qeydə alınıb. Bu müddət ərzində üç milli vaksinasiya kampaniyası keçirilib, beş yaşadək 45 milyondan çox uşaq peyvənd olunub. Kampaniyalara 400 minə yaxın səhiyyə işçisi cəlb edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər