Orban: "Rusiya Aİ-yə hücum etməyəcək"
"Rusiya Avropa İttifaqına üzv ölkələrin ərazisinə hücum etməyi planlaşdırmır".
TodayPress TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Axel Springer" media qrupunun baş direktoru Matias Döpfnerin podkastına müsahibəsində deyib.
“Rusiyanın Aİ-yə və ya NATO-ya hücum edəcəyi ilə bağlı iddialar mənə gülünc görünür”, — deyə Orban bildirib.