Macarıstan Baş naziri Viktor Orban Avropanın Ukraynaya 800 milyard avro yardım etməsinin öz vətəndaşlarına zərər verəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Orban Ukraynanın növbəti onillikdə bu qədər pul istədiyini, lakin Avropanın tənəzzül içində olduğunu və bu xərcləmənin cəmiyyətin həyat səviyyəsini aşağı sala biləcəyini deyib.
Xatırladaq ki, dekabrın sonlarında Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin təxminən 700–800 milyard dollar maliyyə dəstəyinə ehtiyacı olduğunu açıqlamışdı.
Avropa Birliyi isə Brüsseldəki sammitdə Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarı verib.
Bu vəsait 2026 və 2027-ci illərdə ölkənin təcili maliyyə ehtiyaclarını qarşılamaq üçün istifadə olunacaq.
Jalə Rövşən
