OPEC 2025-2026-cı illərdə neftə tələbatın artım proqnozunu açıqladı

OPEC 2025-2026-cı illərdə neftə tələbatın artım proqnozunu açıqladı
12.11.2025 23:40 Dünya

OPEC 2025-ci ildə neftə tələbatın artım tempi proqnozunu gündəlik 1,3 milyon barel, 2026-cı ildə isə 1,38 milyon barel səviyyəsində saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabata əsasən, bu il tələbin həcmi gündəlik 105,14 milyon barel, 2026-cı ildə isə 106,52 milyon barel təşkil edəcək.

Cari ilin rübləri üzrə dünyada neftə olan tələbat göstəricilərində cüzi dəyişikliklər olub: birinci rübdə tələb 104,26 milyon barel, ikinci rübdə 104,21 milyon barel, üçüncü rübdə 105,49 milyon barel, dördüncü rübdə isə 106,57 milyon barel səviyyəsində qiymətləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər