Omandan təcili xəbərdarlıq: Hörmüzdə naviqasiya təhlükəsi yarandı
Oman Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında, sultanlığın ərazi sularında üzən mina olduğu ehtimal edilən obyektin aşkar edilməsi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə bəyanat "X" sosial şəbəkəsində dərc olunub.
"Hörmüz boğazında gəmilərin hərəkət etdiyi sahil zonasının qərbində, Omanın ərazi suları daxilində üzən mina olduğu ehtimal edilən obyektin aşkar edilməsi ilə əlaqədar, Dəniz Təhlükəsizliyi Mərkəzi bütün dənizçiləri, balıqçıları və gəmiləri sözügedən rayonda naviqasiya zamanı maksimum dərəcədə ehtiyatlı olmağa çağırır", - deyə mətndə bildirilir.
Aysel Mətləb