Nikol Paşinyan Vaşinqton sammitini Aİ səfirləri ilə müzakirə etdi

Nikol Paşinyan Vaşinqton sammitini Aİ səfirləri ilə müzakirə etdi
11.11.2025 15:18 Dünya

Paşinyan Aİ səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşərək Vaşinqtonda keçirilən sammitin nəticələri barədə fikir mübadiləsi aparıb.

Ermənistan mətbuatının məlumatına görə, görüşdə Ermənistan–Aİ münasibətləri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin 8 avqustda Vaşinqtonda baş tutmuş sammitdən sonra regiondakı vəziyyət və Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Jalə Rövşən

TodayPress TV



XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər