Nigeriyada mədəndə torpaq sürüşməsi: 18 nəfər öldü

Nigeriyada mədəndə torpaq sürüşməsi: 18 nəfər öldü
28.09.2025 19:30 Dünya

Nigeriyanın Zamfara ştatında yerləşən mədəndə baş verən torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

TodayPress TV yerli mediaya istinadla verdiyi məlumata görə, hadisə Maro bölgəsindəki Kaduri kəndi yaxınlığında baş verib. Güclü yağışlardan sonra nəhəng qaya mədən sahəsinə aşıb.

Xilasetmə işlərində iştirak edən mədənçi Sani Lavali bildirib ki, 18 nəfərin cəsədi tapılıb, 5 nəfər yaralanıb. Onun sözlərinə görə, hələ də 12 nəfər mədəndə qalıb və onların taleyi bilinmir.

Hazırda xilasetmə əməliyyatı davam edir.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər