Niderland Ukraynaya yardım ayıracaq
2026-cı ildə Niderland Ukraynaya 200 milyon avrodan artıq vəsait ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna KİV-i ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb.
Bildirilib ki, ayrılan vəsait Ukraynanın kritik infrastrukturunun bərpasına, kənd təsərrüfatına və səhiyyə sektoruna sərf olunacaq.
Aynur TAC