Netanyahu HƏMAS-a “şərt” qoydu: Silahlar susmayınca İsrail getmir!
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun HƏMAS-ın silahsızlaşdırılması və anklavın demilitarizasiyası məqsədi həyata keçirilməyənədək Qəzza zolağında tutduğu mövqelərdən qoşunları çıxarmaq niyyətində olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Qəzza zolağında, “Sarı xətt” adlandırılan ərazidə İsrail Müdafiə Qüvvələrinin mövqelərinə səfəri zamanı danışıb.
Onun sözlərinə görə, İsrail anklav ərazisinin təxminən 60 faizinə nəzarət edir və bu nəzarəti qorumaq niyyətindədir:
“Bizim geri çəkilmək fikrimiz yoxdur. Biz bu xəttdə qalırıq. Zolağın 60 faizinə nəzarət edirik. Qarşıda isə hələ çox iş var, çünki biz hər gün bizə təhlükə yaradan terrorçuları məhv edirik”.
Netanyahu, həmçinin avqutsun 31-də HƏMAS-ın yüksək rütbəli komandirinə endirilən zərbədən danışıb.
Aysel Mətləb