Netanyahu Argentinanı seçdi, amma Messini yox
İsrailin Baş naziri Benyamin Netanyahu futbol üzrə dünya çempionatında Argentina millisinə azarkeşlik etdiyini, lakin Lionel Messi deyil, Argentina Prezidenti Xavyer Mileyi dəstəklədiyini bildirib.
TodayPress TV xəbər verir ki, “Messidən əvvəl Miley”, - deyə Netanyahu aparıcının sualını cavablandırarkən qeyd edib.
Bununla yanaşı, o, Messi barədə də müsbət fikirlər səsləndirərək, “O, əsl superulduzdur, həqiqətən də belədir”, - ifadəsini işlədib.
Kübra Musayeva