NATO Baltik dənizində müşahidəni gücləndirəcək

NATO Baltik dənizində müşahidəni gücləndirəcək
28.09.2025 02:45 Dünya

Şimali Atlantika Alyansı (NATO), pilotsuz təyyarələrin Danimarka üzərində səmada aşkarlanmasından sonra Baltik dənizi regionunda nəzarəti gücləndirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, NATO müxtəlif vasitələrdən istifadə edərək regionda daha da gücləndirilmiş müşahidə aparacaq.

Alyans regiona bir neçə yeni sistem, o cümlədən kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı yerləşdirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər