Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü

Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü
28.07.2026 18:58 Dünya

ABŞ və İsrailin İranın yeni ali lideri hesab edilən Müctəba Xameneinin yerini müəyyənləşdirmək üçün bir müddətdir kəşfiyyat əməliyyatı apardığı iddia olunur.

TodayPress TV xəbər verir ki, “The Times” nəşrinin yaydığı məlumata görə, əməliyyatın məqsədi Müctəba Xameneini zərərsizləşdirmək deyil. Bildirilir ki, əsas hədəf onun sağ olub-olmadığını, harada yerləşdiyini və hansı vəziyyətdə olduğunu müəyyən etməkdir.

Məlumatla bağlı ABŞ, İsrail və ya İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər