Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı

Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı
03.06.2026 05:00 Dünya

Rusiya Böyük Britaniyanın rəsmilərinin anti-Rusiya ritorikasına cavab olaraq bu ölkənin jurnalist və ekspert icmasının beş nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Londonun Rusiya ilə bağlı ittihamlar səsləndirməsi, Kiyev hakimiyyətini silah və hərbi texnika ilə dəstəkləməsi Böyük Britaniya rəhbərliyinin Moskva ilə qarşıdurma siyasətini davam etdirdiyini göstərir.

Rusiya XİN Böyük Britaniyanı anti-Rusiya addımlarından və Ukrayna Prezidenti Volodimir Zelenski hökumətinə dəstək siyasətindən imtina etməyə çağırıb.

Nazirlik bəyan edib ki, Böyük Britaniya hakimiyyətinin Rusiyaya qarşı yeni məhdudiyyətlər və təzyiqlər tətbiq etmək cəhdləri cavabsız qalmayacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər