Monteneqro Ukraynaya yardımın yeni mərhələsini elan etdi

Dünya

13.11.2025 09:41

Monteneqro NATO missiyası çərçivəsində Ukraynaya hərbi yardımın yeni mərhələsinə başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Radio Slobodna Avropa” məlumat yayıb.

Bildirilib ki, Monteneqro parlamenti noyabrın 12-də Ukrayna qoşunlarına yardım və təlim keçmək üzrə NATO missiyasında iştirakını təsdiqləyib. Səsvermə zamanı 44 deputat sənədin lehinə, beşi əleyhinə, ikisi isə bitərəf qalıb.

Bundan əlavə, Monteneqro və Ukrayna arasında 10 illik təhlükəsizlik sazişinin imzalanması planlaşdırılır. Bu saziş silahlı hücum zamanı qarşılıqlı dəstək, müdafiə sənayesinə investisiya, kəşfiyyat məlumatlarının mübadiləsi və müharibədən zərər görmüş ərazilərin bərpasını nəzərdə tutur.

Qeyd edək ki, Monteneqro 2017- ci il iyunun 5-də NATO-ya üzv olub və alyansın 29-cu üzvü kimi qəbul edilib.

Aysel Mətləb

TodayPress TV

tag: Monteneqro,NATO,Ukrayna,Yardım,Todaypress.tv,