Mirzoyan və Əraqçi telefonla danışdı
Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
TodayPress TV xəbər verir ki, bu barədə Mirzoyan “X” sosial şəbəkəsində paylaşım edib.
O, bölgədə gərginliyin artdığı bir vaxtda tərəflərin mövcud vəziyyəti müzakirə etdiyini bildirib:
“Ermənistanın əvvəldən ifadə etdiyi mövqeyə uyğun olaraq, regionda risklərin idarə olunması və eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğuladım”.
Qiymət Mahir