Merts Trampla Ukraynanı müzakirə edib

Merts Trampla Ukraynanı müzakirə edib
04.07.2025 18:31 Dünya

Almaniya kansleri Fridrix Merts cümə axşamı ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib, söhbət zamanı Ukraynadakı vəziyyət, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı hökumətdəki mənbələrə istinadən yazıb.

Məlumata görə, Tramp Mertslə söhbətində Kiyevə silah ötürülməsi ilə bağlı heç bir öhdəlik götürməyib.

Cümə günü Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius bildirib ki, kansler son günlər telefon danışıqları zamanı Ukraynanın hava hücumundan müdafiə sahəsində dəstəyini qətiyyətlə müdafiə edib.


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər