Melnik 2022-ci ildəki davranışına görə üzr istədi
Ukraynanın BMT-dəki daimi nümayəndəsi, sabiq səfir Andrey Melnik 2022-ci ildəki emosional açıqlamalarına görə üzr istəyib.
TodayPress TV xəbər verir ki, Almaniyanın “Stern” jurnalına müsahibəsində diplomat həmin ilin gərgin şəraitində tez-tez impulsiv davrandığını, sözlərini hər zaman ölçüb-biçə bilmədiyini etiraf edib:
“Əgər kimisə incitmişəmsə, üzr istəyirəm, çünki o vaxt emosiyalar nəzarətdən çıxmışdı”.
Qiymət Mahir