Meksikada qatar relsdən çıxdı: Ölən və yaralananlar var
Dünya
29.12.2025 10:10
Meksikanın Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Meksikanın cənubunda yerləşən Oaxaka ştatında 250 nəfəri daşıyan okeanlararası qatar Nyşand şəhəri yaxınlığında relsdən çıxıb. Qəza zamanı qatarda doqquz heyət üzvü və 241 sərnişin olub.
Məlumata görə, sərnişinlərdən 139 nəfər sağ qalıb, 98 nəfər yaralanıb, onlardan 36-sı tibbi yardım alıb. Meksika Prezidenti Klaudiya Şeynbaum yaralılardan beşinin vəziyyətinin ağır olduğunu bildirib və qurbanların ailələrinə yardım göstərilməsi üçün hadisə yerinə yüksək vəzifəli şəxslərin göndərildiyini qeyd edib.
Aysel Mətləb
tag: Meksika,Oaxaka,Qatar,Rels,Qəza,Todaypress.tv,
