Məhkəmə İmran Xan barəsində qərar verdi

Məhkəmə İmran Xan barəsində qərar verdi
18.08.2026 12:22 Dünya

Pakistanın sabiq Baş naziri İmran Xan səhhətində yaranan problemlərlə əlaqədar həbsxanadan xəstəxanaya köçürüləcək.

TodayPress TV xəbər verir ki, “Geo TV”nin məlumatına görə, Pakistan Ali Məhkəməsi bununla bağlı qərar qəbul edib.

Məhkəmə İmran Xanın rəhbərlik etdiyi “Pakistan Təhrik-e-İnsaf” partiyasından olan sabiq Baş nazirin sağlamlıq vəziyyətinin siyasiləşdirilməməsini tələb edib.

Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra Baş nazir vəzifəsindən kənarlaşdırılıb. O, 2023-cü ilin avqustunda korrupsiya ittihamı ilə həbs edilib.

İmran Xan və tərəfdarları onun həbsinin siyasi motivli olduğunu bildirirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər